23.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səyyar şöbəsi 22.12.2022-ci il tarixdə akademik xalq rəssamı, heykəltəraş Ömər Eldarovun anadan olmasının 95 illiyi münasibətilə "Ömər Eldarov-95" başlıqlı söhbət keçirdi. Səyyar şöbənin kitabxanaçısı söhbəti açaraq Eldarov Ömər Həsən oğlunun həyatı haqqında qısa məlumat verdi. Adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, “İstiqlal” və “Şərəf” ordenli akademik Ömər Eldarov həyatının 60 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr edib. Ömər Eldarov gənc yaşlarından yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. Eldarov Ömər yaradıcılıqla yanaşı həmdə Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub.Tədbirdə iştirak edən Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbin rəsm müəllimi Ulduz İmamverdiyeva yaradıcılığı haqqında çıxış etdi.Akademik Ömər Eldarovun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir.Heykəltəraşın yaradıcılığında Ulu Öndərin obrazı xüsusi yer tutur.O, Heydər Əliyevin Naxçıvanda,Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir.Hələ neçə-neçə gənclər Ömər Eldarovun yaradıcılığından bəhrələnərək onun yolunu davam etdirəcəklər.